Ərdoğanın Bakıda dediyi şeirə İrandan sərt reaksiya

Ərdoğanın Bakıda dediyi şeirə İrandan sərt reaksiya

11-12-2020 13:25 / Bu xəbər 584 dəfə oxundu

Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi şeirə İranın xarici işlər naziri Cavad Zərif sərt reaksiya verib. 

Türkiyə prezidentinin  paradda səsləndirdiyi Bəxtiyar Vahabzadənin "Torpaqdan pay olmaz" şeirinə cavab olaraq, Cavad Zərif sosial şəbəkə hesabından paylaşım edib: "Heç kim Prezident Ərdoğana Bakıda dediyi şeirdə Arazın şimalındakı ərazilərin vətəni İrandan zorla qoparılmasının təsvir olunduğunu deməyib. O, bu sözlərin Azərbaycan Respublikasının suverenliyinə xələl gətirdiyini anlamır?"

Şeirdən narahatlığını ifadə edən nazir açıqlamasına "HEÇ KİM BİZİM sevgili Azərbaycanımız haqqında danışa bilməz" sözlərini də əlavə edib.