Ərdoğanın mətbuat katibi: "Türkiyə ilə Ermənistan arasında münaqişə başa çatır"

Ərdoğanın mətbuat katibi:

27-12-2021 12:33 / Bu xəbər 924 dəfə oxundu

"Türkiyə ilə Ermənistan arasında münaqişə başa çatır"

"Anadolu" agentliyinin verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib. 

Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üçün qarşılıqlı addımlar atırlar. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, qısa müddətdə İstanbul-İrəvan aviareysləri fəaliyyətə başlayacaq.

Bundan əvvəl Türkiyənin "Peqasus" hava yolları şirkətinin uçuşları təşkil etmək üçün hökumətə müraciət etdiyi barədə məlumat yayılmışdı.