Ərdoğanla Bayden görüşəcək

Ərdoğanla Bayden görüşəcək

24-03-2022 12:37 / Bu xəbər 1847 dəfə oxundu

Bu gün - martın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş baş tutacaq. 

Xəbəri Türkiyənin "Hürriyət” qəzeti yayıb.

Bildirilir ki, prezidentlər NATO-nun Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.

Türkiyə Prezidenti həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir.

NATO liderlərinin bugünkü sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. 

Ərdoğan və Bayden toplantıda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.