Ərdoğanın bu şəkli Twitterdə gündəm oldu - FOTO

Ərdoğanın bu şəkli Twitterdə gündəm oldu   - FOTO

12-01-2015 13:26 / Bu xəbər 1102 dəfə oxundu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kubanın paytaxtı Havana şəhərində rəsmi görüşlərə başlayıb.

Arqument.Az türk mediasına istinadən xəbər verir ki, Kubada azadlıq mübarizəsinin lideri olaraq tanınan, şair və yazar Jose Martinin büstünü ziyarət edən Ərdoğan iki ölkənin himni çalınandan sonra sayğı duruşunda durub və büstün önünə gül çələngi qoyub. 

Prezident Rəcəb Tayyib Ərdoğanla yanında olan siyasətçilərin çəkildiyi şəkildə isə daha bir maraqlı məqam diqqət çəkib. Belə ki, Kuba inqilabının simvolu olaraq tanınan Çe Gevaranın binanın üzərinə əks olunmuş plakatının şəkildə görünməsi Twitterdə gündəm olub. Bu şəklə məşhurlar Twitterdə maraqlı şərhlər yazıblar. 

Arqument.az