Ərəbistan Rusiyaya 10 milyard yatırır
07-07-2015 17:34 / Bu xəbər 1165 dəfə oxundu
Səudiyyə Ərəbistanının "Public İnvestment” Fondu Rusiyaya 10 milyard dollar investisiya yatıracaq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev çıxış edib. Onun sözlərinə görə, bu investisiya vasitəsiylə 10 layihənin həyata keçirilməsi planlaşdırılır.
O, həmçinin bu layihələrin 4-5 il üçün nəzərdə tutulduğunu bildirib.
Arqument.Az












