Ərəstun Oruclu: "Xanlar Vəliyev İlham Əliyevə diş göstərdi"

Ərəstun Oruclu:

20-04-2022 22:56 / Bu xəbər 4036 dəfə oxundu

Tərtərin hərbi prokuroru işdən çıxarılıb.

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Tərtər hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilib. 

O, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.

Baş prokurorun imzaladığı daha bir əmrlə H.Məmmədovun yerinə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev təyin olunub.

H.Məmmədov "Tərtər işi"ni araşdıran prokuror olub. 

Politoloq Ərəstun Oruclu bu təyinatı tənqid edib və Hümmət Məmmədovu "Tərtər işi"nə görə günahlandırıb: ""Tərtər qətliamı" ilə bağlı dünənki həbslərə Xanlar Vəliyevin cavabı özünü çox gözlətmədi. Xatırladım ki, həbs olunanların 1 nəfər (Rəşid Niftalıyev) xaric, hamısı eyni cinayətə görə artıq 2018-ci ildə Hərbi Prokurorluq tərəfindən aparılan istintaq nəticəsində mühakimə olunub və 2-ci Qarabağ müharibəsi zamanı müəmmalı şəkildə azad olunublar".

Oruclunun sözlərinə görə, Respublikanın hərbi prokuroru Xanlar Vəliyev bu təyinatlarla güc nümayiş etdirir: "Onların təkrar həbsi isə cinayətkar Xanlar Vəliyevin rəhbərlik etdiyi qurumun istintaqı yararsız aparması anlamına gəlir. Odur ki, bu gün Xanlar Vəliyev başda İlham Əliyev olmaqla hər kəsə diş göstərdi və Tərtər qətliamının fəal iştirakçısı, həmin istintaq qrupunda özünün işverəni olmuş, sonra da Tərtər hərbi prouroru vəzifəsini almış cinayətkar Hümmət Məmmədovu yeni vəzifəyə təyin etdirib".


Hümmət Məmmədov

"Mediada "Tərtər işi"ni araşdıran prokuror işdən çıxarıldı" başlığı ilə təqdim olunan məlumatın əsl məzmunu isə belədir: "Baş prokuror Kamran Əliyevin əmri ilə Tərtər hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilib. O, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib". Görünür, Tərtər qurbanlarının ailə üzvlərinin şikayətinə cavab olaraq "istəyirsən, lap get İlhama de!" söyləyən Xanlar Vəliyev bunu deməkdə haqlı imiş. İndi maraqlıdır ki, bu məxluqun göstərdiyi dişi sındıran olacaqmı?"