Erkin Qədirli: ""Siyasi partiyalar haqqında" qanun layihəsinin əleyhinə səs verəcəyəm"

Erkin Qədirli:

23-11-2022 15:00 / Bu xəbər 646 dəfə oxundu

"Qanun layihəsinin ayrı-ayrı müddəalarının müzakirəsi ilə vaxtınızı almaq istəmirəm. Mən bu qanun layihəsinə qarşıyam”.

Bu fikirləri REAL Partiyasının üzvü, deputat Erkin Qədirli Milli Məclisdə "Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Sadəcə xahiş edirəm ki, protokolda yazılsın ki, bu layihəyə qarşıyam. Plenar iclaslarda da əleyhinə səs verəcəyəm”, - deyə E.Qədirli bildirib.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli isə deputat bildirib ki, necə fikir bildiribsə, protokola elə də yazılacaq.

Bu gün "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinin yeni variantı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunur.