Milli Məclisin komitələrinin birgə iclası ictimaiyyətə təqdim olunacaq

Milli Məclisin komitələrinin birgə iclası ictimaiyyətə təqdim olunacaq

17-03-2020 14:09 / Bu xəbər 1340 dəfə oxundu

Koronavirusla əlaqədar Milli Məclis komitələrinin birgə iclası ictimaiyyətə təqdim olunacaq

Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin dünən keçirilən iclası geniş şəkildə ictimaiyyətə çatdırılacaq.

Bunu bu gün, martın 17-də Milli Məclisin spikeri Sahibə Qafarov parlamentin plenar iclasında bildirib.

S. Qafarova deyib ki, iclasda mühüm məsələlər müzakirə olunub və iclasın geniş şəkildə KİV vasitəsilə ictimaiyyətə çatdırılması qərara alınıb.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və döpvlət quruculuğu komitələrinin birgə iclasında ölkədə koronavirusla bağlı vəziyyət və görülən tədbirlər müzakirə olunub.

Xatırladaq ki, komitələrin birgə iclasının geniş formada ictimaiyyətə çatdırılması təklifi ilə bir neçə deputat çıxış edib.