Erməni hakerlər azərbaycandilli sayta hücum ediblər

Erməni hakerlər azərbaycandilli sayta hücum ediblər

31-07-2020 15:45 / Bu xəbər 1979 dəfə oxundu

Erməni hakerlər tərəfindən AMVPRESS.AZ informasiya portalına hücum olub.

Bu barədə saytın rəhbəri Elşən Gəncəvi arqument.az-a deyib.

O bildirib ki, AMVPRESS.AZ informasiya portalına hücum dünən gecə saatlarında erməni hakerlər tərəfindən həyata keçirilib: "Belə ki, saytın admin-panelini ələ keçirən erməni hakerlər bütün xəbərlərə Emənistanın bayrağını, videolarını və "Armenia” sözlərini yerləşdiriblər. Hücum nəticəsində saytda yayımlanan son xəbərlərin hamısı silinib".

Onun sözlərinə görə, informasiya portalına edilən hücumun əsas səbəbi manşetdə yayımlanmış "Polad Həşimov - Göz yaşlarımla söhbət... Rövşən Nəcəfov (TARİXİ HEKAYƏ)" yazısına görə olub.

Elşən Gəncəvi qeyd edib ki, AMVPRESS.AZ informasiya portalı erməni hakerlərin hücumuna məruz qalıb: "AMVPRESS.AZ informasiya portalına erməni hakerlər tərəfindən hücub olub. Hazırda problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Unutmamalıyıq ki, düşmənlə müharibə yalnız səngərdə getmir, biz həm də informasiya müharibəsi aparırıq. Sosial şəbəkələrdə yayılan yalan məlumatlara, informasiyalara qarşı diqqətli olmalıyıq. Həmkarlarımla informasiya müharibəsində qələmlərimizi yerə qoymamalıyıq. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik".