Erməni hərbçi öldürüldü
28-01-2015 13:41 / Bu xəbər 1307 dəfə oxundu
Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan Ordusunun bir hərbçisi öldürülüb.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ötən gün saat 20:40 radələrində baş verib.
Cəbhə xəttində xidmət edən 19 yaşlı əsgər Albert Safaryan aldığı güllə yarasından ölüb.
Hazırda hərbi hissə komandanlığı hadisənin motivini dəqiqləşdirir.
Arqument.Az












