"Erməni terrorçu təşkilatlarının hərəkətə keçəcəkləri istisna deyil” - Politoloq

24-07-2020 10:48 / Bu xəbər 1515 dəfə oxundu

"İki ölkə arasında növbəti hərbi qarşıdurma zamanı yenidən xarici ölkələrdəki səfirliklərimiz və soydaşlarımız ermənilərlə döyüşməli olacaqlar".

Qaynarinfo xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Avropada azərbaycanlılarla ermənilərin arasında gedən davadan danışarkən deyib. 

O bildirib ki, Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərə bir də dünyanın müxtəlif ölkələrində azərbaycanlılarla ermənilərin qarşıdurması damğasını vurdu:
 
"Əgər sərhəddə toplar, raketlər və pilotsuz uçuş aparatları hədəfləri vururdusa, səfirliklər qarşısında yumruqlar və təpiklər havada uçuşurdu. Bəzi ölkələrdə azərbaycanlılar Azərbaycanın səfirliyini ermənilərin hücumlarından qoruyurdusa, digərlərində isə əksinə ermənilər öz səfirliklərinə sığınmaq məcburiyyətində idilər. İlk dəfəydi ki, səfirliklərimiz soydaşlarımızla birgə mübarizə apardılar. 

Politoloq qeyd edib ki, olacaqlara indidən hazırlaşmaq lazımdır: "Ermənilərin terrorçu təşkilatlarını hərəkətə keçirəcəkləri istisna deyil. Onların bu "sahədə” təcrübələri böyükdür. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Diaspor Komitəsinin birgə çalışması və müxtəlif ssenarilərə hazır olması gərəkir. Brüsseldə soydaşımızı təkləyən bir qrup erməninin dərsi elə verilməlidir ki, elədiklərinə görə qisasın amansız olduğunu anlasınlar".