Ermənilər itkilərinin daha bir qismini etiraf etdilər

Ermənilər itkilərinin daha bir qismini etiraf etdilər

07-04-2016 23:41 / Bu xəbər 1499 dəfə oxundu

Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər. 

"Həftə ərzində 36 hərbçi ölüb, 122 nəfəri isə yaralanıb”. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu işğalçı erməni ordusunun nümayəndəsi Vitali Arustamyan bildirib.   
 
"Aprelin 1-dən 7-dək 9 nəfəri zabit və gizir, 27-si isə çavuş, sıravi olmaqla 36 hərbçi ölüb. Bundan başqa, 24-ü zabit olmaqla 122 nəfər yaralanıb”, - deyə o bildirib. İşğalçı  ordunun nümayəndəsi bildirib ki, ölənlərdən 4-nün meyiti bu gün döyüş meydanından tapılıb: "Onlar bu vaxtadək itkin düşmüş hesab edilib”.
 
Qeyd edək ki, erməni tərəfi bundan əvvəl 20 hərbçisinin öldüyünü, 72 nəfərin isə yaralandığını elan etmişdi.  
 
Arqument.Az