Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başladı

Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başladı

04-08-2022 12:51 / Bu xəbər 1250 dəfə oxundu

"Artıq Laçın dəhlizinin yeni marşrut xəttinin tikintisinə başlanılıb". 

Ermənistan hökumətinin bu gün baş tutan iclasından öncə jurnalistlərə açıqlamasında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan belə deyib.

Xəbəri "Sputnik Armenia"ya yayıb. 

Bildirilir ki, yolun tikintisi 2023-cü ilin yazında başa çatacaq: "Alternativ yolun tikintisi yaza qədər başa çatacaq. Texnika işləyir, yol çəkilir. Biz tikintini üç hissəyə böldük və fəal işləyirik".