Müdafiə Nazirliyi: Ermənilər Ordubad ərazisinə raket zərbəsi endirdilər - FOTOLAR

Müdafiə Nazirliyi: Ermənilər Ordubad ərazisinə raket zərbəsi endirdilər - FOTOLAR

16-10-2020 14:01 / Bu xəbər 966 dəfə oxundu

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Xəbərdə qeyd edilib ki, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.