Ermənilər qaz təchizatının bərpa olunduğunu bildiriblər
16-12-2022 12:00 / Bu xəbər 752 dəfə oxundu
Dekabrın 16-da səhər Qarabağın erməni-məskunlaşmış ərazisinə qaz təchizatı bərpa edilib.
Bu barədə "dövlət naziri” Ruben Vardanyan Youtube vasitəsilə öz müraciətində bildirib.
O deyib ki, gün ərzində Laçın yolu da açılmalıdır.
Vardanyanın sözlərinə görə, Azərbaycan bunu erməni tərəfdən heç bir güzəştə nail olmadan edib.
Azərbaycan tərəfi bununla bağlı heç bir bəyanat verməyib.
Qaz təchizatı dekabrın 12-də dayandırılmışdı.
Ermənilər bunda Azərbaycan tərəfini ittiham etmişdilər.












