Ermənilər Tərtəri atəşə tutdular: Pambıq zavodu yandı

Ermənilər Tərtəri atəşə tutdular: Pambıq zavodu yandı

19-10-2020 16:56 / Bu xəbər 711 dəfə oxundu

Oktyabrın 19-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər rayonunda mülki obyekti - Pambıq emalı zavodunu artilleriya atəşinə tutub.

Bu barədə APA xəbər yayıb.

Düşmənin pambıq qəbulu və emalı məntəqəsini atəşə tutması nəticəsində ərazidə yanğın baş verib.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl və Füzuli şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yenidən humanitar atəşkəs razılaşması imzalanıb.