Ermənistan Müdafiə Nazirliyi haker hazırlığına başlayır

Ermənistan Müdafiə Nazirliyi haker hazırlığına başlayır

28-01-2014 13:02 / Bu xəbər 970 dəfə oxundu

Ermənistan Müdafiə Nazirliyi ordunun kibertəhlükəsizliyini təmin edəcək hərbi birləşmələr yaradacaq.


Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi beynəlxalq təcrübəyə əsaslanacaq.

Müdafiə Nazirliyinin müvafiq qurumu İrəvan Riyazi Maşınlar zavodu və “İnkubator müəssisəsi” fondu ilə birgə ordunun informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müasir birləşmə yaradacaq. Bu məqsədlə hətta gənc çağırışçılar üçün təlim mərkəzi də yaradılacaq.

Arqument.az