Ermənistan məhv edilmiş daha dörd əsgərin adını açıqladı

Ermənistan məhv edilmiş daha dörd əsgərin adını açıqladı

06-04-2016 13:24 / Bu xəbər 1321 dəfə oxundu

Düşmən ölkədə meyitlərin basdırılmasına başlanıldı-adlar


Ermənistan 4 günlük müharibədəki itkilərini açıqlamaqda davam edir. 

Musavat.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan döyüşlər zamanı məhv edilmiş dörd əsgərin də adını ictimailəşdirib. 

Əsgər Rafik Akopyan – 20 yaş, 2014-cü ildə hərbi xidmətə çağırılıb;

Əsgər Narek Mkrtçyan – 20 yaş;

Əsgər Sarqis Saakyan – 21 yaş;

Əsgər Aram Abramyan, 20 yaş.

Məhv edilmiş erməni əsgərlərinin cəsədləri bu gün və sabah basdırılacaq. 

Bu günə qədər Qarabağ separatçıları "DQR ordusu”nun 28 hərbçisinin öldürüldüyü, 29 nəfərin isə itkin düşdüyü barədə xəbər yaymışdı. Daha 101 nəfər isə yaralanıb. Ermənistan tərəf isə İrəvana daşınan meyitləri gizlədirdi. Artıq Ermənistan Müdafiə Nazirliyi də Ermənistandan gətirilmiş əsgərlərin ölməsi barədə xəbərləri hissə-hissə ictimailəşdirir. Qeyd edək ki, adları açıqlanan əsgərlər Araqatsoth, Sinik, Razdan və Armavir vilayətlərindəndir. Bu bir daha Azərbaycan ərazilərində döyüşənlərin həm də Ermnistandan gətirilən terrorçular olduğunu təsdiq edir.

Arqument.Az