Ermənistan Prezidenti istefa verdi
23-01-2022 23:36 / Bu xəbər 903 dəfə oxundu
Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.
Bu barədə Armen Sarkisyan özü açıqlama yayıb.
O bildirib ki, istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqədardır.
"Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”, - o deyib.












