Ermənistan Qarabağdakı itkilərini açıqladı

Ermənistan Qarabağdakı itkilərini açıqladı

03-01-2021 13:31 / Bu xəbər 591 dəfə oxundu

Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində ölənlərin sayı ilə bağlı son statistikanı açıqlayıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan sosial şəbəkədəki hesabında bildirib.

Səhiyyə Nazirliyinin rəsmisi müharibədə 3 300-dən çox hərbi qulluqçunun həlak olduğunu açıqlayıb. 

O qeyd edib ki, bunlar meyitləri məhkəmə-tibbi ekspertizasından keçənlərdir. 

Kimliyi müəyyən edilməyən yüzlərlə hərbçinin olduğu da deyilir. 1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var.

Hazırda ermənilər hərbi əməliyyatların keçirildiyi ərazilərdə itkin düşən hərbçilərin axtarışlarını davam etdirirlər.

Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində 3 000-ə yaxın insan itkisinin olduğunu etiraf etmişdi. 

Mətbuat katibi Alina Nikoqosyan bildirmişdi ki, müharibə zamanı öldürülmüş 2 966 erməni hərbi qulluqçunun meyitinin tibbi məhkəmə ekspertizasını keçirilib.(toplum.tv)