Ermənistan XİN Paşinyanı təkzib etdi

Ermənistan XİN Paşinyanı təkzib etdi

16-11-2020 17:47 / Bu xəbər 832 dəfə oxundu

"Sülh danışıqlarının heç bir mərhələsində Şuşa şəhərindən imtina məsələsi qoyulmayıb”.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan öz "Feysbuk” səhifəsində yazıb. 

Bununla da o, baş nazir Nikol Paşinyanın dediklərini təkzib edib.

Paşinyan daha əvvəl onlayn-konfrans zamanı demişdi ki, danışıqlar zamanı Ermənistana Şuşa da daxil olmaqla, ərazilərdən imtina təklif olunub. 

Onun sözlərinə görə, Ermənistan müharibədən qaçmaq üçün Azərbaycana 7 rayonu, eləcə də Şuşa şəhərini qaytarmalı idi:

"Amma biz bununla razılaşmaq istəmirdik. Ermənistan hökuməti, Ermənistan silahlı qüvvələri, Artsax müdafiə ordusu sona qədər mübarizə apardılar. Təəssüf ki, mübarizəmiz qalibiyyətlə başa çatmadı”.///Toplum.tv