Ermənistan yenə də KTMT-nin təlimlərinə qatılmaqdan imtina edib
05-08-2024 14:45 / Bu xəbər 712 dəfə oxundu
Yerevan Novosibirskdə baş tutacaq "Kobalt-2024” manevrlərində iştirak etməyəcək
Ermənistanın yenə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə qatılmadığı bildirilir.
Bu dəfə Yerevan avqustun 14-dən 16-dək Novosibirskdə baş tutacaq "Kobalt-2024” manevrlərində iştirakdan imtina edib.
Fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı "dondurulub”.
Ermənistan bundan əvvəl, 2023-cü ilin dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib.
Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib.
Mayın 8-də isə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 23 noyabr 2023-cü il tarixli "KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarında nəzərdə tutulmuş fəaliyyətini maliyyələşdirməyəcəyini açıqlamışdı.