Ermənistanda hərbi hissədə toqquşma olub

Ermənistanda hərbi hissədə toqquşma olub

24-02-2021 22:15 / Bu xəbər 1359 dəfə oxundu

Ermənistanda hərbi hissələrdən birində məzuniyyətdən xidmətə qayıtmaq istəməyən əsgərlərlə zabitlər arasında qarşıdurma baş verib.

Bu barədə fevralın 24-də "news.am” saytı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən

Bildirilir ki, fevralın 23-də bir qrup hərbçi və onların qohumları əsgərlərin daimi yerlərinə qayıtmasının qarşısını almağa çalışıblar.

Nəticədə qarşıdurma baş verib. Qarışıqlıqdan istifadə edən bir neçə əsgər hərbi hissəni tərk edib.

Bölmənin komandanlığı rəsmi araşdırma başladıb.

Məlumata görə, hərbi polis tərk edilmiş əsgərləri axtarır və onlara qarşı cinayət işləri başlanacaq. Hərbi hissə komandanlığı araşdırmalara başlayıb, fərari əsgərlər hərbi polis tərəfindən araşdırılır. Onlarla bağlı cinayət işi açılıb.