Ermənistanda hərbi vəziyyət rejimi ləğv edildi

Ermənistanda hərbi vəziyyət rejimi ləğv edildi

24-03-2021 12:53 / Bu xəbər 1016 dəfə oxundu

Ermənistan parlamenti ölkədə həyata keçirilən hərbi vəziyyət rejmini ləğv edib.

Bu barədə martın 24-də "Sputnik Ermənistan" məlumat verib. 

Məlumata görə, hərbi rejimin tətbiq olunmasıyla bağlı layihəsini parlamentdəki "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" kimi müxalifət partiyaları irəli sürüb. Hakim fraksiya deputatlarının çoxu, ümumilikdə isə 118 deputat layihəni dəstəkləyib.

İclas keçirilməzdən əvvəl hakim "Mənim addımım" partiyasının lideri Lilit Makunts bildirmişdi ki, onlar qərarın lehinə səs verəcəklər. 

Ermənistanda hərbi vəziyyət rejimi 2020-ci il sentyabrın 27-də - İkinci Qarabağ müharibəsi başlayan gündən tətbiq olunmuşdu.