Ermənistanda istefa tələbləri səslənir - VİDEO

Ermənistanda istefa tələbləri səslənir   - VİDEO

15-01-2015 19:18 / Bu xəbər 1292 dəfə oxundu

Ermənistanda rus əsgəri Valeri Permyakovun bir ailənin 6 üzvünü güllələməsindən sonra etiraz aksiyaları davam edir. 

Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi xəbərə görə, aksiyaçıların əsas tələbi qatilin Rusiya deyil, Ermənistan ərazisində mühakimə edilməsidir. 

Etirazçılar bu xüsusda həm ölkə rəhbərliyindən, həm də konkret olaraq baş prokuror Gevork Kosyanyandan ilk növbədə siyasi iradə gözləyirlər. Gümrüdəki nümayişçilərdən biri bildirib ki, əgər baş prokurorun ailənin öldürülməsi işini kimin araşdıracağı ilə bağlı sula cavabı yoxdursa, o zaman aşağı düşüb bu barədə bəyan eləməlidir. 

“Əgər onun bu suala cavab verməsi üçün yetərincə biliyi, savadı yoxdursa - bizim hüquqşünaslar kömək edər, əgər ruslarla necə lazımdır danışmağa cürəti çatmırsa – kömək edərik. Onun iki yolu var – ya yanımıza gəlməlidir, ya da istefaya getməlidir”, - deyə narazıların ovqatını ifadə edən  etirazçı vurğulayıb.

Qeyd edək ki, hazırda baş prokuror Gümrüdəki prokurorluq binasındadır, binanın önündə isə aksiya gedir.  

Arqument.Az