Ermənistanda Robert Koçaryanın məhkəməsi bərpa olundu

Ermənistanda Robert Koçaryanın məhkəməsi bərpa olundu

29-06-2021 14:55 / Bu xəbər 1724 dəfə oxundu

Yerevan ümumi yurisdiksiyası nəzdindəki Şenqavit rezidensiya məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın və keçmiş baş nazir Armen Gevorkyanın məhkəməsi baş tutacaq. 

Bu barədə iyunun 29-da "Novosti-Armeniya" məlumat yayıb. 

Bu məhkəmə digərləriylə birlikdə müəyyən səbəblərə görə təxirə salınmışdı.

Koçaryan qabaqcadan başqa şəxslərlə əlbir olmaqla, konstitusiya quruluşunu dəyişməkdə ittiham olunur. Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən bir müddət sonra  Yerevan məhkəməsində Koçaryan barəsində iş başladılmış, 2008-ci ilin mart hadisələrində törədilən cinayətlərə görə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. 

Ermənistan Konstitusiya Məhkəməsi iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərindən əvvəl Koçaryan, Gevorkyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturova qarşı irəli sürülən ittihamları qanunsuz saymışdı.