Ermənistanla sülh sazişindən "Zəngəzur dəhlizi" ilə bağlı maddə çıxarılıb

Ermənistanla sülh sazişindən

08-08-2024 12:48 / Bu xəbər 530 dəfə oxundu

Yerevan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan belə deyib.

O, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini vurğulayıb.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib.

Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.