Ermənistanın DTX rəisi işdən çıxarılıb

Ermənistanın DTX rəisi işdən çıxarılıb

08-10-2020 14:03 / Bu xəbər 898 dəfə oxundu

Oktyabrın 8-də Ermənistanda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi (29 yaş) Arqişti Kyaramyan vəzifədən kənarlaşdırılıb. 

Xəbəri "Interfax” prezident fərmanına istinadla yayıb.

Sentyabrın 27-dən Azərbaycanın iddialarına görə, Ermənistanın başladığı təxribata cavab olaraq Azərbaycan ordusunun əks-hücuma keçməsi nəticəsində Qarabağda müharibə başlayıb.

Azərbaycan Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi ələ keçirdiyini bildirir. 

Rəsmi məlumatlara görə, Ermənistan dinc əhalinin olduğu yerləri atəşə tutmaqda davam edir. 

Ölən və yaralananlar var.