Ermənistanın Müdafiə Nazirliyi hərbdə Azərbaycanın üstünlüyünü etiraf etdi

Ermənistanın Müdafiə Nazirliyi hərbdə Azərbaycanın üstünlüyünü etiraf etdi

21-10-2020 13:41 / Bu xəbər 1131 dəfə oxundu

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sözçüsü Artsrun Ovannisyan cəbhədə Azərbaycanın hərbi üstünlüyünü etiraf edib.

"Azərbaycanın hərbi qüvvələri təkcə kəmiyyət deyil, texniki üstünlüyə də malikdir", - "Sputnik Armeniya" xəbər verir ki, Artsrun Ovannisyan Ermənistanın ictimai televiziyasının efirində belə deyib. 

O, bəzi yerlərdə Azərbaycan əsgərlərinin erməni əsgərlərdən sayca 12 dəfə çox olduğunu bildirib: "12 dəfə çox, siz başa düşürsünüzmü bu nə deməkdir? Hərb tarixində belə bir şey heç vaxt olmayıb, ya da nadir olub".

Ovannisyan Azərbaycanın Qarabağda istifadə etdiyi texnikanın böyük dövlətlərin arsenalında olduğuna diqqət çəkib. 

Azərbaycanın ən yeni Türkiyə və İsrail silahlarından istifadə etdiyini deyib: "Bunlara PUA-lar, yüksək dəqiqlikli raketlər, raket-artilleriya kompleksləri, radio-elektron sistemləri daxildir. Biz beşinci nəsil müharibə görürük. İki tərəfin texnikası bir-birindən çox fərqlidir. Azərbaycan yüksək texnologiyalar seqmentinə böyük yer verib. Onların üstünlüyü var, amma təkcə bununla qalib gəlmək mümkün deyil".

Ovannisyan sonda xalqa müraciətlə deyib ki, Azərbaycan cəbhədə çox da irəli gedə bilməyib.///Toplum.tv