Əsirlikdən azad olunan 11 hərbçinin adı açıqlandı

Əsirlikdən azad olunan 11 hərbçinin adı açıqlandı

15-12-2020 12:38 / Bu xəbər 708 dəfə oxundu

Onların əksəriyyəti gənclərdir

Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülən daha 11 hərbçi Azərbaycana qaytarılıb. 

Onların arasında Birinci Qarabağ Müharibəsindən sonra dünyaya gələn gənclər çoxluq təşkil edir.

Azərbaycana qaytarılanlar arasında 6 il Ermənistanda əsir saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev də var. 

Onlar dekabrın 14-də Azərbaycana gətiriliblər. 

Əsir düşməsi Rusiya telekanallarında yayımlanan hərbçi Amin Musayev də azad olunanlar arasındadır. 

Onun xalası Nübar Azadova Meydan TV-yə bacısı oğlunun artıq Bakıda olduğunu təsdiqləyib.

Əsirlikdən azad olunan 11 hərbçi bunlardır:

Yolçuyev Nurəddin Bəxtiyar oğlu - 14.10.1988
Baxşəliyev Emin Zahir oğlu - 22.01.1988
Abdinov Yəhya Vüqar oğlu - 30.12.1999
Əlizadə Nurlan Mehman oğlu - 02.01.1992
Həmidov Nahid Yaşar oğlu - 05.01.1992
Əliyev Şərif Elsevər oğlu - 20.12.1995
Ələkbərov Ömər Teymur oğlu - 11.01.1985
Əliyev Anar Hidayət oğlu - 28.06.1992
Əhmədzadə Mobil İlqar oğlu - 22.04.1999
Vəliyev Vəliəhəd Şakir oğlu - 05.03.1998
Kərimov Bayram Yaşar oğlu - 03 02.1992