Əvəz Qurbanlı koronavirusa yoluxub

Əvəz Qurbanlı koronavirusa yoluxub

02-12-2021 15:41 / Bu xəbər 6634 dəfə oxundu

Jurnalist, satirik şair Əvəz Qurbanlı koronavirusa yoluxub.

Məlumatı Arqument.az Əvəz Qurbanlı özü verib.

O bildirib ki, sağlamlıq durumu yaxşı deyil: "Müayinələrin cavabı bu gün açıqlanıb. Sistem altındayam, oksgen aparatına qoşublar. Aparatdan ayrılan kimi boğuluram”.

Əvəz Qurbanlının vəziyyəti ağırlaşdığına görə o, noyabrın 30-da təcili yardımla Fövqəladə Hallar Nazirliyinin "Zığ” Modul Tipli Hospitalına yerləşdirilib.