Əvəz Zeynallı cərimələndi

Əvəz Zeynallı cərimələndi

20-12-2017 20:01 / Bu xəbər 2087 dəfə oxundu

Məhkəmə baş redaktorun azyaşlı uşaqlarının olmasını nəzərə aldığını deyib

Binəqədi rayon Məhkəməsində keçirilən iclasda "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində qərar qəbul edilib. 

O, 200 manat cərimələnib. 

İclasa hakim Rəşad Əliyev sədrlik edib. 

Hakim müşavirəyə gedənə kimi zala jurnalistlər və ictimiayyət nümayəndələri buraxılmayıb. 

Müşavirədən sonra hakim qərarı elan edib. 

Qərarda göstərilib ki, Ə.Zeynallı yolun bağlı olmasına görə polis əməkdaşı ilə mübahisə edib. 

İclasda Ə.Zeynallı həmin şəxsdən üzr istəyib və məhkəmə onun azyaşlı uşaqlarının olmasını nəzərə alıb cərimə cəzası təyin edib.

Ə.Zeynallı ötən gün saxlanılıb. Bu barərə vəkil Elçin Sadıqov məlumat yayıb. 

Vəkil bildirib ki, hazırda o, Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır.

Əvəz Zeynallıya qarşı İXM-nin 535.1-ci maddəsi ((polisin qanuni əmrinə tabe olmama) ilə inzibati iş qaldırılmışdı.