Əvəz Zeynallı ev dustaqlığına buraxılmayıb

Əvəz Zeynallı ev dustaqlığına buraxılmayıb

21-09-2022 19:15 / Bu xəbər 1072 dəfə oxundu

"Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.

Məhkəmə Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığı qənaətinə gələrək vəsatəti təmin etməyib.

Bakının Binəqədi Rayon Məhkəməsi  sentyabrın 10-da jurnalist Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Vəkil Elçin Sadıqov da eyni müddətə həbs edilib.  

Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqov isə 32.5, 311 (rüşvət almaya köməkçilik etmək). 

Sadıqov və Zeynallı ittihamları rədd edib və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndiriblər. 

Hər ikisi cinayət işini uydurma hesab edərək istintaqa ifadə verməkdən imtina ediblər.

Bundan əvvəl isə vəkilin və jurnalistin evlərində və ofislərində axtarışlar aparılıb. 

Vəkil Elçin Sadıqov sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.