Evi əlindən alınan jurnalist: "Heç kimə həbs həyatı arzulamaram"
16-06-2020 13:48 / Bu xəbər 1344 dəfə oxundu
Jurnalist Əziz Orucov(Qaraşoğlu) "Akkord" şirkətinin inşa etdiyi Abşeron Gənclər Şəhərciyində yerləşən 1 otaqlı mənzilin əlindən alınmasından şikayətçidir.
O bildirib ki, ümumi dəyəri 27 min manat olan mənzilin 21 min 650 manatını Orucovlar ailəsi ödəyib.
Yəni mənzilin ümumi dəyərinin ödənişinin bitməsi üçün yalnız 5350 manatı qalıb.
Ə. Orucov deyir ki, bu ilin may ayında mənzildə olmamağımızdan istifadə edən şirkət işçiləri qapını sındıraraq evə daxil olub və qapının açarını dəyişdirib: "Həmin evdə bizim əşyalarımız qalıb, öz əşyalarımızı da götürə bilməmişik. Bundan əlavə, şirkət kredit üçün ödədiyimiz və təmir üçün xərclədiyimiz vəsaiti də bizə qaytarmalıdır".
Zərifə Novruz
Hüsü Xanlarlı












