"Evimiz-İpolteka Şirkəti” MMC-nin ipoteka dələduzluğu: 250 mindən çox pul mənimsənilib

02-10-2023 17:43 / Bu xəbər 1075 dəfə oxundu

"Evimiz-İpolteka Şirkəti” MMC-nin qanuni təmsilçisi Ramin Əmrahovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

"Qaynarinfo" xəbər verir ki, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Nəriman Mehdiyevin icraatına verilib. 

Oktyabrın 13-nə məhkəmə hazırlıq iclası təyin edilib. İş üzrə 30 nəfər zərərçəkən qismində tanınıb. 

Ramin Əmrahov Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq - təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. 

Bu maddədə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Vətəndaşlar hüquq mühafizə orqanlarına "Evimiz-İpoteka Şirkəti” MMC-dəm şikayət edərək dədləduzluğa məruz qaldıqlarını bildiriblər. 

Şikayətçilər bu məsələdə əsasən Ramin Əmrahovun adını hallandırıblar. 

Şirkətin təsisçisi Ramin Əmrahovun qardaşı Vüqar Əmrahov olsa da, şikayətçilər müqavilələri birinci ilə bağladıqlarını bildiriblər. 

Əlavə ediblər ki, Ramin Əmrahov onlara 250 min manatdan çox ziyan vurub. 

Vətəndaşların şikayətindən sonra Daxili İşlər Nazirliyi hərəkətə keçib. 

Nizami Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi başlanıb. 

Az sonra isə Ramin Əmrahov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.