Çexiyada biznesi olan azərbayanlı məmurlar təlaşda – Antikorrupsiya etirazları başlayıb
06-06-2019 14:58 / Bu xəbər 1538 dəfə oxundu
Çexiyanın paytaxtı Praqada Avropa Birliyi (AB) fondlarından gələn pulları korrupsiya yolu ilə mənimsəməkdə ittiham olunan baş nazir Andey Babişin istefası ilə bağlı kütləvi aksiyalar keçirilir.
Aprel ayından başlayan mitinqlərdə yüz mindən çox insan iştirak edir.
"Yeni Sabah" şex mediasına istinadən xəbər verir ki, ölkənin baş naziri Andrey Babiş rəsmi olaraq Çexiyanın ikinci ən varlı şəxsi hesab olunur. Onun bu varidatın çoxuna korrupsiya yolu ilə nail olduğu iddia olunur.
Babis artıq iki ildir ki, Çexiyada baş nazir postunu icra edir.
Korrupsiyaya qarşı başlayan xalq etirazları isə nəticə verməkdədir. Belə ki, bəzi məmurlar vəzifəsindən azad edilib, bəziləri isə özü istefa verib. Polis və ədliyyə orqanlarının araşdırmaları daha geniş aparacağı deyilir.
Sayt yazır ki, hələlik, bu araşdırmaların xarici ölkə vətəndaşlarını da əhatə edib-etməyəcəyi bəlli deyil. Amma bu olarsa, Azərbaycan məmurlarının böyük əksəriyyətinin ciddi problemlə qarşılaşacağı qaçılmazdır. Məmurlarımızın qeyri-qanuni yolla əldə etdikləri böyük pulların ən çox daşındığı ölkə məhz Çexiya olub. Bu haqda mediada dəfələrlə xəbərlər yayılıb.
"Yeni Sabah” Çexiyada biznesi olan məmurların qısa siyahısını da təqdim edib. Siyahı bu vaxta qədər mediada yayılan məlumatlar əsasında hazırlanıb və bu məlumatların heç biri (Allahşükür Paşazadə istisna olunmaqla) təkzib olunmayıb.
Çexiyada adı biznes və korrupsiyada hallandırılan vəzifəli şəxslər isə bunlardır:
1. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə
2. Millət vəkili Cavanşir Paşazadə
3. Millət vəkili Adil Əliyev
4. Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev
5. Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli
6. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev
7. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov
8. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə
9. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyev
10. Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov
11. Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehov
12. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfail Mehrəliyev
13. Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyev
14. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev
15. "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov
16. Keçmiş Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Agentliyinin rəhbəri Cəmil Məlikov
17. Sabiq müdafiə naziri Səfər Əbiyev
18. Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov
19. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və deputat qardaşı Malik Həsənov.
20. Yaqub Eyyubov — Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.