Əxlaq fəlsəfəsi

Əxlaq fəlsəfəsi

12-06-2019 16:11 / Bu xəbər 181 dəfə oxundu

Elvin Cəbizadə

Vaxtaşırı sosial şəbəkədə bəzi mövzuların müzakirəsində əxlaqi mühakimələr ön plana çıxır. 

Son günlərdə seks işçiliyi barədə başlanan müzakirələrdə də bu anlayış ən çox istifadə edilən ifadə kimi diqqətimi çəkdi. Sadəcə olaraq, əxlaq fəlsəfəsinin natamam və ya ümumiyyətlə səhv anlaşılması onun cinsiyyətlə bağlı məhdudlaşdığı təəssüratını yaratdı. Ona görə də, elə bu məqamda əxlaq fəlsəfəsinə qısa giriş etmək üçün yaxşı fürsət sayıla bilər. 

Bu yazı əxlaq fəlsəfəsinə giriş xarakteri daşıyır və onun daxilindəki mübahisələri, filosof fikirləri və yanaşmalarını ehtiva etmir. 

Əxlaq - fərdin ictimai davranışlarını və bir-birləri ilə münasibətlərini tənzimləyən qaydalar toplusudur... 
Əxlaq bəşəridi, çünki hər toplumun öz qaydaları var, normativdi, çünki qaydalara söykənir. 

Əxlaq fəlsəfəsi edilən zaman təməl istiqamətlər - onun məqsədi, bəşəri etik qaydaların olub-olmamasını sorğulamaq, insan azadlığı ilə bağlı olur. 
Etik sözü ethos sözündən gəlir, mənası, adət-ənənə - deməkdir. 

Əxlaq fəlsəfəsi daxilindəki antoqonizm - pis-yaxşı dəyər sayılır. Dəyərsə fərdin hadisə və əşyalarla münasibətdə ortaya qoyduğu davranış və düşüncədi və qısaca, subyektivdir. 

Yaxşı - istənən, pis - istənməyəndir.

Mühakimə:

Mühakimə - fərdə və ya hadisəyə qarşı iddialardı və 4 növü var: elmi, əxlaqi, dini, estetik.
Əxlaqi mühakimə - pis-yaxşı anlayışları daxilində edilir və xüsusilə insan davranışlarına yönəlir, zamana, cəmiyyətə, fərdə görə dəyişir və təbii ki, subyektivdi. 
Estetik mühakimə - bədii mühakimədi: gözəl-çirkin anlayışları ilə edilir. Gözəl-çirkin mühakiməsi duyğularla edilir, elmi deyil, yəni, nisbi anlayış daşıyır. 
Dini mühakimə - inanca söykənir, doqmatikdir - yəni, tənqid edilmir, sorğulanmır, savab-günah anlayışları ilə edilir, 
Elmi mühakimə - doğru-yanlış qavramları ilə edilir, dəqiqdi, sübuta yetirilib, rasionaldı, səbəb-nəticəyə söykənir, bəşəridi - hər yerdə keçərlidi…

Əxlaq fəlsəfəsinin təməl anlayışları:

Pis - edilməsi istənməyən;
Yaxşı - edilməsi istənən;
Vicdan - pis və yaxşı arasında seçim etmək;
Xoşbəxtlik - daxili sakitlik, dinclik;
Tapşırıq (buyruq) - edilməsi məcburi olan; 
Öhdəlik - fərddən gözlənənin edilməsi;
Əxlaqi qanunlar - əxlaqi qaydaların cəmi;
Əxlaqi qərar - əxlaqa uyğun verilən qərar;
Əxlaqi dəyər - yaxşı və pisi dəyərləndirmək; 
Əxlaqi hərəkət - edilənlərin əxlaqa uyğunluğu;
Azadlıq - əxlaqi hərəkətlər zamanı insan azadlığı - fərd seçə bilməli, seçim azadlığı olmalıdı.

Əxlaq fəlsəfəsinin təməl sualları:

Əxlaq nədir?
Pis-yaxşı nədir?
Fəzilət nədir? 
İnsan azaddırmı? 
Əxlaqi davranışın təməli nədi?
Azadlıq və məsuliyyət (buyruq) arasında münasibət necədir? 
Xoşbəxtlik nədir?

Əxlaq fəlsəfəsinin problemləri:

Əxlaq fəlsəfəsinin təməl məqsədi nədir?
Bəşəri əxlaq qaydaları varmı?
Əxlaqi mühakimələrin xüsusiyyətləri?
İnsan azaddırmı?

İnsan azaddırmı?

Bu sual əxlaq fəlsəfəsinin nüvə sualıdı və müxtəlif anlayışlar daxilində müxtəlif cavabları var. Bu suala verilən cavablar müxtəlif anlayışları ortaya çıxarır:

- Determinizm - insan azad deyil:
1) seçim azadlığı yoxdu.
2) onun davranışlarını müəyyənləşdirən xarici qüvvə var. 

- Avtodetermenizm - fərd öz seçimlərində azaddır:
1) öz davranışlarında öz qaydaları var.
2) fərdin öz azadlığı öz əlindədi.
3) davranışlarında iradə sahibidi.

- İndetermenizm - insan azaddır! 
1) insan azadlığı sərhədsizdi.
2) davranışlarında məhdudlaşdırma ola bilməz.

- Fatalizm - insan azad deyil!
1) onun taleyini müəyyən edən güc var
2) insan azad deyil

Əxlaqi davranışın məqsədi nədi?

- Xoşbəxtlik
Sokrat: məqsəd xoşbəxt olmaqdı
Aristotel: məqsəd ölçülü olmaqdı. Ölçülü olmaq bizi xoşbəxt edir.
Platon: məqsəd "yaxşı düşüncə”ni tapmaqdı
Epikür və Aristipp: insanı həzz xoşbəxt edir. 
Spinoza: tanrı dediklərini etmək xoşbəxtliyi dadmaqdı
- Buyruq
Əxlaqi davranışın buyruq olduğunu iddia edən - əxlaq fəlsəfəsi ilə dünyada məşhur olan filosof - İmmanuel Kant. 
"İnsan davranışlarını tapşırıqlara uyğun şəkildə edərsə, əxlaqi davranış sərgiləmiş olur. Buradakı məqsəd davranışın sonundakı fayda və ya zərər deyil. Önəmli olan bu davranışı sərgiləməkdi. 

- Stoaçılıq
Kitiyalı Zenon tərəfindən yaranmış fəlsəfi məktəb. 
Stoaçılar taleyə boyun əymək məcburiyyəti olduğunu iddia edirlər. İnsanın taleyini dəyişmə şansı yoxdur. 

Əxlaq fəlsəfəsi barədə bir yazıda bütün filosof və fikirləri əhatələmək mümkün deyil. Sadəcə olaraq, bu yazı - əxlaq fəlsəfəsi etmək üçün giriş mahiyyəti daşıyır.