Eynulla Fətullayev Media Agentliyini ələ saldı
27-01-2024 02:05 / Bu xəbər 776 dəfə oxundu
"Media Agentliyi! Yox bir Avropa Şurası Parlament Assambleyası..."
Jurnalist, "Haqqin.az" saytının baş redaktoru Eynulla Fətullayev sosial şəbəkədə Medianın İnkişafı Agentliyindəki tənqid edib.
O, Agentlikdə son vaxtlar həyata keçirilən kadr dəyişikliklərinə rişxənd edərək ələ salıb, qurumun fəaliyyətini "məzhəkə" adlandırıb.
Fətullayev, eyni zamanda, Azərbaycan mətbuatı haqqında da "axsaq, kifir, dilsiz-qulaqsız" ifadələrini işlədib.
Eynulla Fətullayevin statusunu olduğu kimi təqdim edirik:
"Bu Media ilə bağlı partapart təyinatlar baş verir. Birini baş katib, obirisini baş katibin müavini, üçüncüsü Müşahidə Şurasının üzvü… Elə bil ki, söhbət axsaq, kifir, dilsiz-qulaqsız Azərbaycan mediasından yox, Britaniya və ya Almaniyanın mediasından gedir… Bu məzhəkəyə gülməyib nə edəsən? Media Agentliyi! Yox bir Avropa Şurası Parlament Assambleyası".