"Facebook" adını dəyişdirdi

29-10-2021 11:20 / Bu xəbər 677 dəfə oxundu

"Facebook" şirkətinin adı dəyişdirilərək Meta adlandırılıb.

Bu haqda bu gün keçirilən ənənəvi Connect konfransında çıxış edən Mark Zukerberq bildirib.

O, bu qlobal şirkətin yeni loqosunu da təqdim edib.

Ad dəyişikliyinin "Facebook" sosial şəbəkəsinə aidiyyatı yoxdur.

Bununla da öz tərkinbində Facebook, WhatsApp , İnstagram kimi qurumları birləşdirən Meta şirkəti əsasən virtual və artırılmış reallıq məsələlərinə fokuslanacaq.