"Fairmont Baku"nun jurnalistlərə "işverən" deyən "qəhrəmanı" saxlanıldı

05-07-2020 23:13 / Bu xəbər 1483 dəfə oxundu

"Fairmont Baku" otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham edib.

O, video çəkərək media nümayənələrini "işverən" adlandırıb. 

Daha sonra Daxili İşlər Nazirliyinin həmin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb.

Criminal.az saytının hüquq-mühafizə orqanından əldə etdiyi məlumata görə, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb. 

O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.

"Hazırda onunla bağlı materiallar toplanılır. Barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək. Onun məhkəməyə çıxarılacağı da istisna edilmir. Saxlanılan İ.Babayev iş adamı Fətulla Babayevin oğludur", - məlumatda deyilir.

"Fairmont Baku" otel bir neçə gün əvvəl İnstaqram səhifəsində kampaniya elan edib. Otel kampaniyada müştərilərə çağırış edərək, "Həftəsonunu bizimlə birgə keçirin" deyə müraciət ünvanlayıb.