Fazil Məmmədovun Rusiyadakı şirkəti də bağlandı

Fazil Məmmədovun Rusiyadakı şirkəti də bağlandı

11-06-2019 15:31 / Bu xəbər 1462 dəfə oxundu

Keçmiş Vergilər naziri Fazil Məmmədovun Rusiyadakı şirkəti bağlanıb.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, sabiq Vergilər naziri Fazil Məmmədovun Synergy şirkətlər qrupuna daxil olan "Tradehouse Caspian Coast Winery and Vineyards” (ООО "ТОРГОВЫЙ ДОМ КАСПИАН КОУСТ УАЙНЕРИ ЭНД ВАЙНЯРДЗ") şirkəti Rusiya bazarını tərk edib. 

"Daha doğrusu, Almaniyada olduğu kimi Rusiyada da sabiq nazirin işləri iflasa uğrayıb və bu səbəbdən "Tradehouse Caspian Coast Winery and Vineyards” şirkətinin bağlanması üçün bu ilin martın 14-də müraciət edilib. "Tradehouse Caspian Coast Winery and Vineyards” Rusiyada 2011-ci il yanvarın 27-dən (qeydiyyat nömrəsi 69721530) fəaliyyət göstərib, nizamnamə kapitalı 10 milyon rubl təşkil edib. Hüquqi ünvanı Moskva şəhəri, Vorontsovo pole 3/6, baş direktoru Tatyana Aleksandrovna Yeqorova olub", - jurnalist yazıb.

Rəsmi məlumatlarda 2017-ci ildə maliyyə balansının 6 milyon rubl olduğu qeyd olunur: "Siyəzənin Hamya kəndində fəaliyyət göstərən "Caspian Coast Winery & Vineyards" MMC-nin məhsulları ("Bayan Shira”, "Matrasa”, "Hamya”, "Shani”, "Four Seasons”, "Cabernet-Sauvignon”, "Rkatsiteli” və digər adlarda çaxır və konyakları) bu şirkət vasitəsilə Rusiya bazarlarına çıxarılırdı".