Fədayə Laçın azadlığa buraxılıb: "Evimdəyəm"

Fədayə Laçın azadlığa buraxılıb:

29-10-2019 10:56 / Bu xəbər 1194 dəfə oxundu

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. 

Bu barədə APA-ya müğənni özü bildirib.

O, bu gün səhər saat 8.30-da azadlığa buraxıldığını, hazırda Buzovnada evində olduğunu deyib. 

Müğənni 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmaqda köməklik göstərməkdə ittiham olunub. 

O, 2017-ci ilin oktyabrın 30-da həbs edilib. 

Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. 

Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.