"Fənərbağça"nın futbolçusu koronavirusa yoluxdu

14-08-2020 19:34 / Bu xəbər 2291 dəfə oxundu

Türkiyə "Fənərbağça"sı komanda üzvlərinin koronavirus testlərinin nəticələrini açıqlayıb.

Klubun rəsmi saytı xəbər verir ki, dünən götürülən analizlərdən sonra 2 nəfərin infeksiyaya yoluxduğu aşkarlanıb.

Bunlardan biri futbolçu, digəri isə klubun əməkdaşıdır. Test nəticəsi müsbət çıxan şəxslərin adları açıqlanmayıb və onlar karantinə alınıblar.