Fərid Mehralızadənin zorla avtomobilə qoyularaq polisə aparıldığı bildirilir

Fərid Mehralızadənin zorla avtomobilə qoyularaq polisə aparıldığı bildirilir

30-05-2024 18:58 / Bu xəbər 550 dəfə oxundu

DİN iqtisadçının dəvət edildiyini və araşdırma aparıldığını deyir

İqtisadçı Fərid Mehralızadənin zorla avtomobilə qoyularaq polisə aparıldığı bildirilir.

Hadisəni görən və çəkmək istəyən Meydan TV-nin əməkdaşının telefonu zorla əlindən alınıb.

Daxili İşlər Nazirliyi (DİN) isə iqtisadçının zorla aparılmasını inkar edib. 

Qurumdan Meydan TV-nin sorğusuna cavabda bildirilib ki, vətəndaş Fərid Mehralızadə polisə dəvət edilib: "Araşdırma aparılır”.