"Feysbuk" və "İnstaqram" çökdü
05-03-2024 20:14 / Bu xəbər 1060 dəfə oxundu
"Meta”ya məxsus sosial media platformaları "Facebook” və "Instagram”a girişdə bir saatdan çox davam edən fasilə yaranıb.
Nəticədə 100 minlərlə istifadəçi sosial media hesablarına giriş edə bilməyib.
İstifadəçilər rəqib sosial media platforması olan "X”də "Facebook” və "Instagram”a giriş edə bilmədikləri ilə bağlı yazıblar.
Bu müddət ərzində "Downdetector.com” izləmə saytında "Facebook”la bağlı 300.000-dən çox, "Instagram”la bağlı isə 40.000-dən çox məlumat verilib.
"İnsanların xidmətlərimizə daxil olmaqda çətinlik çəkdiyini bilirik. Biz indi bunun üzərində işləyirik”, – deyə "Meta” sözçüsü Endi Stoun "X”də yazıb.
Kəsinti nəticəsində şirkətin səhmləri 1,5 faiz ucuzlaşıb.
Sosial media nəhənginin "WhatsApp” və "Threads” da daxil olmaqla tətbiqlər ailəsində gündəlik təxminən 3,19 milyard aktiv istifadəçisi var.
"Meta”nın status panelində "WhatsApp Business” üçün proqram proqramlaşdırma interfeysinin də problemlərlə üzləşdiyi bildirilib.
Hadisə "X” platformasında çox müzakirə edilib.
Platformanın sahibi Elon Musk "Meta”ya "bu yazını oxuyursansa, serverlərimizin işlədiyi üçündür”, – deyən postla meydan oxuyub.