Fəzail Ağamalının qızı Salyandan qaçdı: "Salyanı nə hesab edirsiniz?"
30-08-2024 11:28 / Bu xəbər 540 dəfə oxundu
VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalının qızı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalının avqustun 29-da Salyanın Sarvan kəndində seçicilərlə görüşündə qalmaqal yaşanıb.
"Pravda.az" xəbər verir ki, görüşü yarımçıq tərk edən Günay Ağamalıya etiraz edənlər onu debata çağırıblar.
Sosial şəbəkədə "Fəzail Ağamalının qızı Salyandan qovuldu” başlığı ilə yayılan görüntülərdən məlum olur ki, xanım namizəd etiraz edənlərə heç bir cavab verməyib, avtomobilinə əyləşərək məkanı tərk edib.
Günay Ağamalı hadisə ilə bağlı mediaya açıqlama verməyib.