FHN-in Akademiyası açıqlama yaydı: "4 milyon deyil, 40 mindir"

FHN-in Akademiyası açıqlama yaydı:

17-01-2021 13:09 / Bu xəbər 890 dəfə oxundu

Fövqaladə Hallar Nazirliyinin Akademiyasının 2020-ci ilin dekabr ayında yekun vurduğu satınalma barədə "Akademiya dəftər-qələmə 4 milyon manat xərcləyəcək: Texniki səhv, yoxsa fövqəl tender?" başlıqlı yazıya münasibət bildirib. 

Yazıda Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə keçirilən satınalmanın məbləğindən bəhs edilirdi. 
 
Akademiyanın sözügedən lot üzrə sifarişçi olduğu satınalmanın məbləği etender.gov.az portalında 4.058.432 (dörd milyon əlli səkkiz min dörd yüz otuz iki) manat kimi göstərilirdi. 
 
Qlobal.az məsələ ilə bağlı Fövqaladə Hallar Nazirliyinin Akademiyasının növbətçi hissəsi ilə saxlayıb mövqe öyrənmək istəsə də, koronavirus pandemiyasına görə mühasibatlığın növbəli sistemdə çalışdığını, hazırda aidiyyatı şəxslərdən heç birinin işdə olmadığını bildiriblər. 
 
Sözügedən yazıda göstərilən rəqəmlərlə bağlı bu gün Fövqaladə Hallar Nazirliyinin Akademiyası açıqlama yayıb.
 
Açıqlamada Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada yanlışlığa yol verildiyi bildirilir.

Qeyd olunur ki, göstərilən rəqəm 4 milyon əlli səkkiz min dörd yüz otuz iki manat yox, qırx min beş yüz səksən dörd manat təşkil edir. 
 
Ölkədə keçirilən dövlət satınalmaları barədə məlumatları etender.gov.az portalı yayımlayır. 

Portal İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
 
Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmanın portalda təqdim olunan ilkin rəqəmi
 
 
Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmanın portalda təqdim olunan sonrakı rəqəmi