FHN-nin təsdiqlədiyi ölüm faktı saxta çıxdı

FHN-nin təsdiqlədiyi ölüm faktı saxta çıxdı

04-06-2022 13:46 / Bu xəbər 1491 dəfə oxundu

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadın Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevin avtomobildə yanaraq ölməsi barədə məlumatın saxta olduğunu müəyyənləşdirib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir: "2021-ci il noyabrın 25-də Sabirabadın Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus "KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu "Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub".

DİN R.Qəniyevin paytaxtın Yasamal rayonu ərazisində saxlanıldığını açıqlayıb. 
 
Sosial şəbəkələrdə yayılan məlumatda Rafət Qəniyevin hadisə zamanı avtomobilinə ölmüş itin sümüklərini yerləşdirdiyi barədə iddialar yer alır.
 
Ötən il Fövqaladə Hallar Nazirliyinin Tibb Xidməti yaydığı açıqlamada ölüm faktını təsdiqləmişdi: