FHN-nin yanğınsöndürənləri qəzaya düşüblər

FHN-nin yanğınsöndürənləri qəzaya düşüblər

25-05-2021 18:48 / Bu xəbər 822 dəfə oxundu

Bir neçə əməkdaşın xəsarət aldığı bildirilir

Mayın 25-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobili qəzaya uğrayıb.

Nəticədə nazirliyin bir neçə əməkdaşı xəsarət alıb.

Bu barədə "report.az" Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hadisənin Binəqədi rayonu ərazisində baş verdiyi deyilir.

Bildirilib ki, yaralananlardan biri müalicəsi alır, digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.