FHN: "Siyəzən və Şabranda yanğınlar söndürülüb"
22-08-2022 11:37 / Bu xəbər 972 dəfə oxundu
Siyəzən və Şabran rayonları ərazisində dağlıq-meşəlik sahələrdə baş verən yanğınlar tam söndürülüb.
Bu barədə avqustun 21-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.
Şimal bölgəsində meşə yanğınları hələ də davam edir
Fövqəladə Hallar Nazirliyi (FHN)Azərbaycanın Şimal regionunda meşə və meşəətrafı ərazilərdəki yanğınların sündürülməsi ilə bağlı işlərin davam etirildiyini bildirir.
Avqustun 20-də nazirliyin yaydığı məlumatda Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidəki yanğının nəzarətə götürüldüyünü bildirir.
Məlumatda təxminən 40 hektar ərazidə yanğın olduğu vurğulanır.
Nazirlik yanğınsöndürmə işlərinin mürəkkəb dağlıq relyefdə və çətin şəraitdə həyata keçirildiyini, bundan başqa isti və küləkli hava şəraitinin yanğın ocaqlarının tam söndürülməsinə mane olduğunu qeyd edir.
"...yanğınla mübarizə tədbirlərinə FHN-in müvafiq qüvvələrinin 200 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinə məxsus "BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər cəlb olunub".
Məlumatda Quba rayonunun Qoşabulaq kəndi yaxınlığında baş verən yanğının da nəzarət alındığı bildirilir.
FHN-nin açıqlamasında bildirib ki, avqustun 15-dən Şimal regionunda başlayan yanğınlar nəticəsində indiyə qədər təxminən 5 min hektar ərazi yanıb.
Yanğınsöndürmə işləri davam etdirilir.












